"Xan Lənkəran" Türkiyədə problemlə üzləşdi

17:41 3 Fevral 2022

"Xan Lənkəran" Antalya təlim-məşq toplanışını başa vurub.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün  axşam saatlarında vətənə qayıdacaq. Ancaq klub tam heyətlə dönmür.

"Xan Lənkəran" təlim-məşq toplanışını bitirdikdən sonra komanda heyətinin bir neçə üzvünün COVID-19 analizinin nəticəsi pozitiv çıxıb. Ümumilikdə 10 nəfərdə bu hal qeydə alınıb. Sözügedən şəxslər komandanın vitse-prezidenti Rəhman Abbasov, baş məşqçi İbrahim Uzunca, mətbuat xidmətinin rəhbəri Famil Məmmədov, həkim Elşən Əkbərov, qida sektoruna nəzarətçi Anar Əzimov, futbolçular Orxan Sadıxlı, Kamran Abdullazadə, Cavidan İzzətli, Vadim Kərimov və Vüqar Rəhimovdu. Bu səbəbdən onlar qonşu ölkədə karantində qalmalıdılar.

30 nəfərlik heyətdən 20 nəfər isə Azərbaycana qayıdır. Virusa yoluxanların vəziyyətinin yaxşı olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti