UEFA klub gəlirlərinin davamlı azalmasına baxmayaraq, 2021-ci ildə oyunçuların maaşlarının bütün Avropada artdığını açıqlayıb.
UEFA-nın maliyyə davamlılığı və tədqiqat departamentinin direktoru Andrea Traverso idmanda xərclərin daha yaxşı idarə olunması istiqamətində dəyişiklik etməyə çağırıb.
UEFA prezidenti Aleksander Ceferin isə COVID-19 pandemiyasının səbəb olduğu itkilərə baxmayaraq, hesabatı futbolun gücünü göstərən sənəd kimi qiymətləndirib. Sənəddə bildirilir ki, bəzi klublar və liqalar oyunçuların müqavilələrini uzatmaqla vəsait xərcləməyə davam ediblər. Bu, pandemiya səbəbindən gəlirlərin 7 milyard avro azalmasına baxmayaraq, maaşların nəyə görə artdığını izah edir. “Bu, klubların öz sahiblərindən pul almasına və ya üçüncü şəxslərdən ianə qəbul etməsinə, daha da borclanmalarına səbəb olub”.
Ceferin hesabata cavab olaraq deyib ki, COVID-19 böhranı futbolun nə dərəcədə Avropa həyatının bir parçası olduğunu sübut edib: “Futbol bir çoxları üçün vacib idi. Ancaq pandemiya qalsa da, getsə də, Avropa futbolunun 2022-ci ildə güclü, sabit və vahid qalacağını söyləməkdən başqa təxminlər verməyəcəyəm”. (Qol.az)