Afrika Millətlər Kubokunda ikinci finalçı müəyyənləşdi - VİDEO

12:13 4 Fevral 2022

Afrika Millətlər Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, yarımfinalda meydan sahibi Kamerun və Millir milli komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz brabərliklə yekunlaşan matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Misir adını finala yazdırıb. 

 

Misir həlledici görüşdə Seneqalla qarşılaşacaq. Final oyunu fevralın 6-da keçiriləcək.

 

Kamerun - Misir 0:0

Penaltilər: 1:3 

 

 


Xəbər xətti