“Səbail” daha bir futbolçunu komandaya cəlb edib.
Sportarena.az xəbər verir ki, Hüseynəli Quliyev sabiq klubuna qayıdıb.
Paytaxt təmsilçisi 23 yaşlı qolkiperlə il yarımlıq müqavilə imzalayıb. O, 2017/18 mövsümündə Gənclər Liqasının bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib və ilin qapıçısı mükafatına layiq görülüb. Quliyev daha sonra “Sumqayıt” və “Sabah”ın formasını geyinib.
Qeyd edək ki, “Səbail” dünən “Zirə”dən ayrılan Rəşad Əzizlini də heyətinə qatıb.