Futzal üzrə Avropa çempionatının finalçıları məlum oldu

12:52 5 Fevral 2022

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatının finalçıları bilinib.

 

Sportarena.az xəbər verir ki, finalda Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

 

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı məğlub edib. Hər iki matçın hesabı eyni olub – 3:2.

 

Ukrayna və İspaniya milli komandaları isə 3-cü yer uğrunda görüşəcəklər.

 

Qeyd edək ki, final matçı 6 fevralda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti