“Böyük Dəbilqə”nin son günündə 2 gümüş medal

09:06 7 Fevral 2022

Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük Dəbilqə” turnirində bu gün Azərbaycan millisinin daha üç cüdoçusu mübarizəyə qoşulub.
 
Sportarena.az xəbər verir ki, 100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.
 
 
 
90 kq-da yer alan Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn idmançı adını finala yazdırıb. Mehdiyev qızıl medal uğrunda qarşılaşmada Sanşiro Murao (Yaponiya) üz-üzə gəlib. Həlledici görüşdən məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib.
 
100 kq-dan yuxarı çəkidə çıxış edən Uşangi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən ipponla qalib ayrılan cüdoçu finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Batjarqalin Odkhü (Monqolustan) olub. Bu rəqibinə ipponla uduzan Kokauri də turniri gümüş medalla başa vurub.
 
Xatırladaq ki, “Böyük Dəbilqə”nin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) medalsız qalıblar. 


Digər xəbərlər

Xəbər xətti