Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək.
Sportarena.az xəbər verir ki, 15-ci turda "Qəbələ" səfərdə “Sabah”la üz-üzə gələcək.
Bakıda keçiriləcək qarşılaşma iki komanda arasında 18-ci duel olacaq. İndiyədək rəqiblər ümumilikdə 17 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən “Qəbələ” 2 dəfə heç-heçə edib və 6 görüşdə uduzub. İndiyədək rəqib qapısına 22 qol vuran "Qəbələ" 19 top buraxıb. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 17 matçdan 13-ü çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 6 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 14:17.
“Qəbələ” səfərdəki 9 görüşdə 5 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində bərabərlikdir – 10-10.
Fevralın 8-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 17:00-da başlayacaq.