Afrika Millətlər Kubokunun ən yaxşısı seçildi

11:11 7 Fevral 2022

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb.

Bu ada Seneqal yığmasının hücumçusu Sadio Mane layiq görülüb.

Komandasının bütün görüşlərdində iştirak edən "Liverpul"un üzvü 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamerun yığmasının hücumçusu Vensan Abubakar 8 qolla yarışın bombardiri, Seneqal millisinin qapıçısı Eduard Mendi turnirin ən yaxşı qapıçısı seçilib.

Xatırladaq ki, Seneqal Afrika Millətlər Kubokunun finalında Misiri penaltilər seriyasında məğlub edərək (4:2) tarixində ilk dəfə yarışın qalibi olub.  


Digər xəbərlər

Xəbər xətti