Ukrayna mətbuatı yerli klublardan xarici komandalara transfer olan futbolçular haqda yazıb.
Sportarena.az xəbər verir ki, ukraynalı həmkarlarımız bu siyahıda “Minay”dan “Qarabağ”a keçən Rüstəm Əhmədzadəyə də yer verib.
Onlar millimizin hücumçusunun Ağdam klubuna transferini bu cür şərh edib: "Ukrayna Premyer Liqasının autsayder komandasından, səviyyəsi o qədər yüksək olmasa belə, daim avrokuboklarda çıxış edən xarici liqanın lider klubuna transfer olmaq əsl inkişafdı.
Əhmədzadə “Minay”da o qədər çox qol vurmasa da, onu Zakarpatya klubunun ən yaxşı oyunçusu adlandırmaq olardı. Onun çox yaxşı sürəti və driblinqi var. Başla da çox yaxşı oynayır. Rüstəm 2026-cı ilin yayına kimi “Qarabağ”da oynayacaq. Bu transferə görə “Minay” 200 min avro qazanıb” (Sport.ua)