İtaliya Avropa çempionatına ev sahibliyi etmək istəyir

12:00 8 Fevral 2022

İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək istəyir. 

Bu barədə ANSA məlumat yayıb. İtaliya Futbol Federasiyası turnirə təşkilatçılıq etmək istədikləri barədə UEFA-ya məlumat verib.

Namizədlik layihəsi 2023-cü il aprelin 12-dək qitə futbol qurumuna təqdim edilməlidir. Avropa çempionatının yeri ilə bağlı yekun qərar isə 2023-cü ilin sentyabrında veriləcək.

Qeyd edək ki, İtaliya daha əvvəl 1968 və 1980-ci illərdəki turnirləri qəbul edib. 


Digər xəbərlər

Xəbər xətti