Futbol üzrə milli komandamız FİFA reytinqində geriləyəcək

12:24 9 Fevral 2022

DÇ-2022-nin Amerika və Asiya üzrə seçmə oyunları, Afrika Millətlər Liqası matçlarının yığma komandaların FIFA reytinq sıralamasına necə təsir edəcəyi müəyyənləşib. 
 
Sportarena.az xəbər verir ki, növbəti cədvəldə ciddi fərqlər olacaq.
 
Azərbaycan yığması son siyahının tərtib edildiyi keçən ilin 23 dekabrından sonra oyun keçirməsə də, mövqeyi dəyişəcək. Yığmamız 1 pillə geriləyəcək. Hazırda 1139 xalla 120-ci olan komandamız 121-ci pilləyə düşəcək. Oyun keçirməyən yığmanın xal aktivi dəyişməyəcək.
 
Millinin geriləməsinə səbəb Malavi yığmasının yüksəlişidi. Afrika Millətlər Kubokunda 1 qələbə, 1 heç-heçə edən komanda 119-cu yerə yüksəlib. Bu isə Qazaxıstan və Azərbaycan yığmalarının bir pillə geriləməsinə səbəb olub.
 
Yeni siyahıda ən yaxın izləyicimiz indiki kimi Zimbabve olacaq.
 
FIFA 2022-ci ilin ilk reytinq cədvəlini sabah açıqlayacaq. 


Digər xəbərlər

Xəbər xətti