Futzal üzrə Azərbaycan kubokunda 1/8 finalın püşkü atıldı

14:51 9 Fevral 2022

Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Yüksək Liqa komandaları bu mərhələdən mübarizəyə qoşulacaq.
 
Ümumiyyətlə, 16 komandadan 2-si Birinci, 6-sı İkinci, qalan 8-i isə Yüksək Liqa komandalarıdır. Bakı İdman Sarayında keçirilən püşkatma mərasimində əvvəlcə komandalara reqlament barədə məlumat verilib, suallar cavablandırılıb. Daha sonra püşk atılıb.
 
Alyans Qrup – U-19
Baku Fire – İSMA M.A.Baku
EKOL – Record
Advokat – Alyans
Forza Neftçi – Xilə
Baker Tilly – Araz (Naxçıvan)
Neftçi İK – Atletiko Baku
Bibi-Heybət – STAR kargo-2
 
1/4 final mərhələsində isə bu cütlüklərin qalibləri üz-üzə gələcək:
 
1. Alyans Qrup - U-19 // Bibi-Heybət – STAR kargo-2
2. Baku Fire – İSMA M.A.Baku // Neftçi İK – Atletiko Baku
3. EKOL – Record // Baker Tilly - Araz (Naxçıvan)
4. Advokat – Alyans // Forza Neftçi – Xilə
 
Yarımfinal mərhələsində bu cütlüklərin qalibləri qarşılaşacaq:
 
1-ci cütün qalibi – 4-cü cütün qalibi
2-ci cütün qalibi – 3-cü cütün qalibi


Digər xəbərlər

Xəbər xətti