Harramiz "Neftçi"dən FIFA-ya şikayət etdi

16:30 9 Fevral 2022

“Neftçi”ni problemli tərk edən Harramiz Soareş paytaxt təmsilçisindən ciddi təzminat məbləği almaqda israrlıdı.

Sportarena.az Fubolpress.az-a istinadən xəbər verir ki, San-Tome və Prinsipidən olan futbolçu bu məqsədlə FIFA-ya şikayət ünvanlayıb. 31 yaşlı vinger “ağ-qaralar”dan müqaviləsinin nəzərdə tutulduğu qalan müddətin – ilyarımın pulunu tamamilə almaq niyyətindədi.

Bundan sonra məsələ hüquqi müstəvidə həllini tapmalıdı. FIFA futbolçunu haqlı hesab etsə, Azərbaycan klubu təzminat ödəməklə yanaşı, sanksiyaya da məruz qala bilər.

“Neftçi” keçən ilin yayında Portuqaliya “Eştoril”indən gətirdiyi oyunçu ilə müqaviləyə qışda təktərəfli qaydada xitam verib. Harramiz hazırda Pireney ölkəsində “Farense”nin formasını geyinir. 


Digər xəbərlər

Xəbər xətti