"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə fəlsəfi paylaşım edib.
Sportarena.az xəbər verir ki, o, özünün "Tvitter" hesabında yazıb:
"Uşaqlar dünyanın təklif etdiyi ən yaxşı varlıqdır və həmişə də elə olacaq. Biz onları nəyin bahasına olursa-olsun, qorumalıyıq. Azarkeşlər futbolun ən yaxşısı olub və həmişə də olacaq. Biz onların qarşılaşdıqları hər şeyə və klubları naminə yaşadıqlarına hörmət etməliyik”.