Mahir Emreli Xorvatiya çempionatında nə vaxt debüt edəcək?

01:33 10 Fevral 2022

Milli komandamızın hücumçusu Mahir Emreli "Dinamo"da məşqlərini davam etdirib debütünə hazırlaşır.

Sportarena.az xəbər verir ki, Zaqreb təmsilçisinin məşqçilər korpusu forvardın optimal formaya düşməsini gözləmək istəmir.

24 yaşlı forvardın ölkə çempionatının 22-ci turu çərçivəsində “Qoritsa” ilə görüş üçün sifariş ediləcəyi ehtimal edilir.

Amma Emrelinin bu oyunda meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

​Həmin görüş fevralın 12-də Zaqrebdə yerləşən “Maksimir” stadionunda keçiriləcək. 


Xəbər xətti