“Qarabağ”ı azarkeşləri, “Neftçi”ni meneceri ziyana saldı

13:27 10 Fevral 2022

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Keşlə” – “Zirə” oyununda “Keşlə”nin futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. “Qarabağ” azarkeşləri meydançaya kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunub.

​“Səbail” - “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 


Digər xəbərlər

Xəbər xətti