İtaliya kuboku: “Yuventus”la “Fiorentina” yarımfinala yüksəlib

09:13 11 Fevral 2022

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
“Atalanta” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. 
 
“Yuventus” isə evdə “Sassuolo” ilə qarşılaşıb. Turin təmsilçisi də çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
 
İtaliya kuboku
1/4 final
10 fevral
 
Atalanta – Fiorentina 2:3
Qol: Zappakosta, 30. Boqa, 56 – Pyontek, 9-pen; 71. Milenkoviç, 90+3.
 
Yuventus – Sassuolo 2:1
Qol: Dibala, 3. Ruan, 88-öz qapısına – Traore, 24.
 
Beləliklə, yarımfinalda “Fiorentina” “Yuventus”la, “İnter” isə “Milan”la qarşılaşacaq. Yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 2-3 martda, cavab görüşləri isə 20-21 apreldə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti