İngiltərə çempionatı: “Liveprul” qalib gəldi, “Tottenhem” evdə uduzdu

01:00 14 Fevral 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı “Lester Siti” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə doğma meydanda “Aston Villa”nı minimal hesabla üstələyib.
 
“Tottenhem” “Vulverhempton”la ev oyunundan məğlub ayrılıb. “Liverpul” isə “Bernli”nin qonağı olub. “Qırmızılar” bu oyunda 3 xalı tək qolla qazanıblar.
 
Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “zadəganlar”ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
25-ci tur
 
Bernli – Liverpul 0:1
Qol: Fabinyo, 40.
 
Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.
 
Tottenhem – Vulverhempton 0:2
Qol: R.Ximenes, 6. Dendonker, 18.
 
Lester Siti – Vest Hem 2:2
Qol: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.


Digər xəbərlər

Xəbər xətti