Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 25-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rodinqhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke II” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.