“Qəbələ” İdman Klubunun taekvondoçusu bürünc medal qazandı

14:28 14 Fevral 2022

Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov növbəti uğuruna imza atıb.

Sportarena.az xəbər verir ki, azərbaycanlı idmançı "Turkish Open" beynəlxalq turnirində fərqlənib.

Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi yarışda 80 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Gənclər arasında dünya çempionu olan Məhəmməd "Turkish Open"də 3-cü yeri tutaraq bürünc medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti