Kiyev “Dinamo”su Türkiyədə qaldı – Müharibə qorxusuna görə

14:51 14 Fevral 2022

Rusiya ilə Ukrayna arasında müharibənin hər an başlaya biləcəyi xəbərləri gündəmi zəbt etdiyi vaxtda Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku komandası ilə bağlı maraqlı addım atıb. Rumıniyalı mütəxəssis Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandasını Kiyevə qaytarmamaq qərarı verib.
 
Luçesku özü isə bir neçə günlüyə ölkəsi Rumıniyaya gedib. O, sonra təkrar Antalyaya qayıdacaq. “Dinamo” ikinci bir qərar verilənə qədər Türkiyədən ayrılmayacaq.
 
Ukraynada mövsümün ikinci hissəsinin fevralın 25-də start götürməsi planlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti