UEFA “Qarabağ”ın legionerini fərqləndirdi

09:57 15 Fevral 2022

Avropa Konfrans Liqasının “Twitter”dəki rəsmi səhifəsi “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgeslə bağlı paylaşım edib.
 
Sportarena.az xəbər verir ki, postda braziliyalı futbolçunun Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib.
 
Paylaşımın üstündə isə izləyicilərə bu sual ünvanlanıb: “O, “Qarabağ”da cari mövsümün əsas oyunçusu ola bilərmi”?
 
Xatırladaq ki, 26 yaşlı oyunçu sözügedən qarşılaşmada (2:1) dubl edib.
 
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə ayın 24-də Bakıda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti