Argentina millisinin kapitanı Lionel Messi PSJ-də rahatdır .
34 yaşlı hücumçu Parisdə özünü yaxşı hiss edir və PSJ-yə keçdiyi üçün heç peşman deyil. Qeyd olunur ki, Leo Paris həyatına tez uyğunlaşıb.
Messi ailəsi ilə birlikdə tez-tez restoranlara gedir. Məsələn, onlar bu yaxınlarda Eyfel qülləsinin yanında yerləşən restoranlarda olublar.
Futbolçunun ailəsi də Paris həyatına öyrəşib. Messinin övladları idmanla məşğul olurlar.
34 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 20 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.