Pekin-2022: Azərbaycan idmançısı finala vəsiqə qazandı

18:36 15 Fevral 2022

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı idmançı qısa proqramda 61,82 xalla hazırda 10-cu sıradadır.

 

Hazırda çıxışlarına başlamayan 6 iştirakçı qalıb. Bu isə o deməkdir ki, Ryabova ən yaxşı 24 iştirakçı arasına düşməyi təmin edib. İdmançımız fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti