Andres İnyesta "Barselona"ya qayıtmaq istəyir

15:49 15 Fevral 2022

"Barselona"nın sabiq futbolçusu, hazırda "Vissel Kobe"də oynayan Andres İnyesta Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı sualları cavablandırıb.

Sportarena.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi goal.com-a açıqlamasında La Liqa təmsilçisinə geri dönmək istədiyini bildirib: 

“Barselonaya qayıtmaq istəyərdim. Mən bu kluba kömək etmək istəyirəm. “Barselona”da çoxlu dəyişikliklər oldu. Gələcəkdə nə baş verəcəyini söyləmək çətindir. “Barselona” mənim evimdir və mən heç yerdə oradakından daha yaxşı ola bilmərəm. Bu gün futbol haqqında çox düşünməyi xoşlayıram. Məni ən çox valeh edən budur”. 

Qeyd edək ki, İnyesta 2002-2018-ci illərdə “Barselona”da oynayıb.


Digər xəbərlər

Xəbər xətti