Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Namiq Ələsgərovun formasını geyindiyi "Bursaspor" "Tuzlaspor"ı qəbul edib.
Meydana start heyətində çıxan Ələsgərov 80-cı dəqiqədə əvəzlənib.
67-ci dəqiqədən meydanda 9 nəfərlə qalan “Tuzlaspor” matçın sona çatmasına 3 dəqiqə qalmış Fransis Ezenin vurduğu qolla qalib gəlib.
"Bursaspor" 24 xalla 16-cı pillədə qərarlaşıb.