Şəhriyar Məmmədyarovun FİDE Qran-prisindəki rəqibləri açıqlanıb

11:02 16 Fevral 2022

Fevralın 28-də Serbiyanın paytaxtı Belqradda start götürəcək şahmat üzrə FİDE qran-prisinin 2-ci mərhələsinin püşkü atılıb. Sportarena.az Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi D qrupuna düşüb.
 
Hazırda 2767 xala malik Məmmədyarov qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri fransalı Maksim Vaşye-Laqrav (2761), çinli Yu Yanq Yi (2713) və rusiyalı Aleksandr Predke olacaq.
 
A qrupu
 
Aleksandr Qrişuk (Rusiya), 2764
Dmitri Andreykin (Rusiya), 2724
Sem Şenklend (ABŞ), 2708
Etyen Bakro (Fransa), 2642
 
B qrupu
 
Aniş Giri (Niderland), 2772
Nikita Vityuqov, (Rusiya), 2726
Pentala Harikrişna (Hindistan), 2719
Amin Tabatabayi (İran), 2623
 
C qrupu
 
Rixard Rapport (Macarıstan), 2763
Vidit Qucrati (Hindistan), 2727
Vladimir Fedoseyev (Rusiya), 2704
Aleksey Şirov (İspaniya), 2704
 
D qrupu
 
Şəhhriyar Məmmədyarov (Azərbaycan), 2767
Maksim Vaşye-Laqrav (Fransa), 2761
Yu Yanq Yi (Çin), 2713
Aleksandr Predke (Rusiya), 2682
 
FİDE qran-prisinin 2-ci mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. 


Digər xəbərlər

Xəbər xətti