Lionel Messi antirekordla yadda qaldı

12:35 16 Fevral 2022

PSJ-nin futbolçusu Lionel Messi antirekordla yadda qalıb.

Sportarena.az xəbər verir ki, 35 yaşlı argentinalı Çempionlar Liqasında penaltidən ən çox yararlana bilməyən futbolçulardan biri olub.

Messi ÇL-in 1/8 final mərhələsinin “Real”la ilk oyununda penaltini dəqiq yerinə yetirə bilməyib. Bununla da o, ən nüfuzlu turnirdə 5-ci dəfə penaltini qaçırmış olub. Messidən əvvəl isə Tyerri Anri antirekordla yadda qalmışdı. Fransalı keçmiş hücumçu da 5 dəfə penaltini boşa verib. ​Digər hücumçular - argentinalı Serxio Aquero və niderlandlı Ruud van Nistelroyun 4 boşa vedrikləri penaltisi var. 


Digər xəbərlər

Xəbər xətti