"Dinamo"nun hücumçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsinin "Sevilya" ilə oyunu üçün Zaqreb klubu ilə birlikdə İspaniyaya uçacaq.
Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Jelko Kopiç millimizin hücumçusu Mahir Emrelini də bu oyunun heyətinə daxil edib.
Amma 24 yaşlı hücumçu start heyətində yer almayacaq.
Kopiçin planına əsasən Mahir “Sevilya” ilə matçın 2-ci yarısında debüt edəcək.
“Sevilya” – “Dinamo” matçı “Ramon Sançes Pisxuan” stadionunda Bakı vaxtilə 21:00 da baş tutacaq.