Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə PSJ-nin hücumçusu Kilian Mbappe ən yaxşı seçilib. 23 yaşlı forvard Bernardo Silva ("Mançester Siti"), Məhəmməd Kamara ("Zalsburq") və Vircil Van Daykı ("Liverpul") qabaqlayıb.
Qeyd edək ki, Kilian Mbappe PSJ-nin "Real"ı 1:0 hesabı ilə məğlub etdiyi matçın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunun müəllifi olub.