Bu gecə millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Jelko Kopiçin rəhbərlik etdiyi komanda “Sevilya” ilə üz-üzə gəlib.
Matçdakı bütün qollar ilk yarıda vurulub. Emreli isə bu oyunda "Dinamo"da debüt etmiş olub. O, 57-ci dəqiqədə Deni Yuriçin əvəzinə meydana çıxıb.
“Sevilya” (İspaniya) – “Dinamo”(Zaqreb, Xorvatiya) 3:1
Qollar: Rakitiç, 15 (p), Okampos 44, Marsial 45+1 - Orsiç, 41
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
Baş hakim: Marko Quida (İtaliya)
Cavab qarşılaşması fevralın 24-də Zaqrebdə keçiriləcək.