"Sabah" bosniya və herseqovinalı müdafiəçi transfer etdi

16:33 18 Fevral 2022

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 

Sportarena.az xəbər verir ki, Bosniya və Herseqovinadan olan müdafiəçi Boyan Letiç bundan sonra komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Boyan karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub. 


Digər xəbərlər

Xəbər xətti