Türkiyə çempionatı: “Fənərbaxça” penaltilərlə sevindi

09:31 21 Fevral 2022

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
“Adana Dəmirspor” səfərdə “Qaziantep”i böyük hesabla məğlub edibsə, lider “Trabzonspor” da “Alanyaspor”u 4 cavabsız qolla yenib. “Fatih Karagümrük” doğma meydanda “Sivasspor”u minimal hesabla üstələyib. “Fənərbaxça” isə “Hatayspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
 
Turun son matçında “Qalatasaray” “Göztəpə” səfərində 6 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq.
 
Türkiyə Super Liqası
26-cı tur
20 fevral
 
Qaziantep – Adana Dəmirspor 0:3
Qol: Assombalonqa, 18; 82. Byarnason, 69.
 
Alanyaspor – Trabzonspor 0:4
Qol: Nvakaema, 5; 26. Kornelius, 36. D.Toköz, 39.
 
Fatih Karagümrük – Sivasspor 1:0
Qol: Borini, 68-pen.
 
Fənərbaxça – Hatayspor 2:0
Qol: S.Dursun, 67-pen; 81-pen.
 
21 fevral
 
21:00 Göztəpə – Qalatasaray


Digər xəbərlər

Xəbər xətti