"Qarabağ" - "Marsel" oyununa hakim təyinatları açıqlandı

11:01 22 Fevral 2022

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma Polşadan olan hakimlər briqadası idarə edəcək.  Baş hakim Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri qismində Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. 


Digər xəbərlər

Xəbər xətti