Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində növbəti görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XI turda ABŞ-ı təmsil edən ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə heç-heçəyə razılaşıb.
Məmmədyarov hazırda 10 xalla 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb.