Tomas Müllerdə koronavirus aşkarlandı

12:18 22 Fevral 2022

Futbol üzrə Almaniya millisinin və “Bayern”in hücumçusu Tomas Müller koronavirusa yoluxub. Sportarena.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən evində karantinə alınan təcrübəli oyunçunun xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, fevralın 26-da Bundesliqa çərçivəsində baş tutacaq “Ayntraxt”la oyunda komandasına kömək edə bilməyəcək.
 
Müller bu mövsüm Almaniya çempionatında meydana çıxdığı 23 qarşılaşmada 7 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti