Çempionlar Liqasının final oyunu Rusiyadan alına bilər

13:24 22 Fevral 2022

Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alına bilər. Sportarena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna Rusiya və Ukrayna arasındakı münaqişə səbəb göstərilir.
 
Çempionlar Liqasının finalına ev sahibliyi etmək 70 milyon avroya başa gəlir. “Qazprom Arena”ya əsas alternativ İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionu göstərilir.
 
UEFA-nın lazım gələrsə, fövqəladə hallar planı hazırlamaqdan ötrü Ukrayna böhranını yaxından izlədiyi bildirilir.
 
Ötən mövsüm Çempionlar Liqasının finalı oyuna üç həftə qalmış Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyanın Portu şəhərinə verilmişdi.
 
Cari mövsümün final matçı mayın 28-də keçiriləcək.


Xəbər xətti