İdman jurnalistləri arasında şahmat turniri keçiriləcək

13:37 22 Fevral 2022

Fevralın 27-də “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı keçiriləcək. 

Sportarena.az xəbər verir ki, “İdman birləşdirir” şüarı ilə baş tutacaq yarış 9 turdan ibarət olacaq.

Reqlamentə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.  İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.


Digər xəbərlər

Xəbər xətti