"Yuventus"la bağlı araşdırmalar başa çatdı

13:52 22 Fevral 2022

"Yuventus"un saxta maliyyə hesabatı işi bağlanıb.

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, prokurorluqdan işin bağlandığına dair bildiriş alıblar.

Turin təmsilşisi qeyd edib ki, prokurorluq 2018/19, 2019/20 və 2020/21 mövsümlərində həyata keçirilən bəzi transferlərə görə kluba qarşı intizam tədbiri görməyəcək.

İndi "Yuventus" gələcək proseslər üçün müdafiə sənədləri hazırlayacaq.

Xatırladaq ki, bundan əvvəl “Yuventus” rəhbərliyi  yalan xəbərlər yaymaqda şübhəli bilindiyi üçün istintaqa cəlb olunmuşdu.  2020-ci ildə Miralem Pyaniçlə "Barselona"dan Arturun dəyişdirilməsi və hücumçu Kriştiano Ronaldo ilə müqavilə və onun "Mançester Yunayted"ə keçidi ilə bağlı araşdırmalar aparılmışdı.


Digər xəbərlər

Xəbər xətti