"Ayaks" infarkt keçirən sabiq futbolçusuna təzminat ödəyəcək

15:35 22 Fevral 2022

“Ayaks” 2017-ci ildə infarkt keçirdiyi və beyin zədəsi aldığı üçün karyerasını bitirən sabiq futbolçusu Abdelhak Nuriyə təzminat ödəyəcək.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Ayaks" 25 yaşlı keçmiş yarımmüdafiəçinin ailəsinə 8  milyon avro ödəyəcək.

"Ayaks" 2017-ci ildə oyun zamanı vəziyyəti pisləşən Nuriyə meydançada düzgün şəkildə tibbi müdaxilə edilmədiyini təsdiqləyib. Nurinin ailəsi "Ayaks" tərəfindən ödəniləcək təzminatla bağlı razılığa gəlib. Bu barışıq nəticəsində məhkəmə işinə xitam verilib.

Qeyd edək ki, Nuri 2017-ci ildə “Verder”lə yoxlama oyun üçün klubun bazasına yollanıb və qarşılaşmada 71 dəqiqə meydanda olub. Bundan sonra huşunu itirən Nuri qazona yıxılıb və həkimlər onu həyata qaytarmaq üçün 20 dəqiqə çalışıblar. Futbolçu helikopterlə xəstəxanaya aparılıb və komaya salınıb. Həkimlər ona ürək aritmiya və beyin zədəsi diaqnozu qoydular.

Əlavə edək ki, 2017-ci ilin yayından etibarən "Ayaks"  Abdelhak Nurinin tibbi xərclərini qarşılayır. 


Digər xəbərlər

Xəbər xətti