Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı və Səfirliyin Ataşesi Nurettin Erdoğanı qəbul edib.
Sportarena.az xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Nazir qonağa Azərbaycanın idman həyatı, eləcə də dövlətin gənclər siyasəti barədə məlumat verib. Beynəlxalq yarışlara birgə hazırlıq məqsədilə birgə təlim məşqlərin, eləcə də gənclərin təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.