"Mançester Yunayted" Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə ilk oyunu üçün İspaniyaya Rusiyanın “Aeroflot” aviaşirkəti ilə səyahət etməkdən imtina edib.
Sportarena.az "The Athletic"ə istinadən xəbər verir ki, buna Ukraynada gərginliyin artması səbəb olub.
İngiltərə təmsilçisi Madridə Britaniyanın "Titan Airways" aviaşirkəti ilə gedib.
Qeyd edəkl ki, "Mançester Yunayted"lə “Aeroflot” aviaşirkətinin kommersiya tərəfdaşlığı var. Komanda müqaviləyə görə bundan əvvəl avrokubok matçlarına Rusiya aviaşirkəti ilə yollanıb.tletiko" - "Mançester Yunayted" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.