Çempionlar Liqasının 1/8 final mərhələsinin "Vilyarreal"la görüşü "Yuventus"un futbolçusu Ueston Makkenni üçün heç də yaxşı bitməyib.
Sportarena.az xəbər verir ki, sona 9 dəqiqə qalmış yarımmüdafiəçisi zədələnərək meydanı tərk edib.
Xəstəxanaya aparılan Makkenninin sol ayaq sümüyündə sınıqlar aşkarlanıb. Onun mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalacağı bildirilir.