AFFA çempiona kubok əvəzinə şar verdi - FOTO

15:55 23 Fevral 2022

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinin mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub. 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, AFFA birinci yerin sahibi olan komandaya kubok əvəzinə 1 rəqəmi olan helium şarı təqdim edib. 

Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.


Digər xəbərlər

Xəbər xətti