UEFA Rusiya ilə Ukrayna arasında vəziyyətlə əlaqədar Çempionlar Liqasının finalına ev sahibliyini Sankt-Peterburqdan (Rusiya) alıb.
Bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, bu barədə rəsmi qərar qurumun İcraiyyə Komitəsinin sabah keçiriləcək fövqəladə iclasından sonra açıqlanacaq..
Qeyd edək ki, ÇL-in final oyunu mayın 28-də keçiriləcək.