AFFA tərəfindən Mingəçevirdə hakimlər üçün seminar təşkil olunub.
Sportarena.az xəbər verir ki, Şimal-Qərb zonasından olan hakimlər üçün keçirilən seminarda Hakimlər Komitəsinin üzvü Anar Salmanov Mingəçevir, Zaqatala, Qax, Tovuz, Gəncə, Qəbələ və Şəkidən olan hakimlərə nəzəri və praktiki məşğələlər keçib.
Seminarda hakimlikdə tətbiq edilən yeni oyun qaydaları izah olunub, gənc hakimlərin sualları cavablandırılıb.