"Əsl azərbaycanlı kimi qərar vermək istədim" - Qurban Qurbanov

01:00 25 Fevral 2022

Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Fransanın “Marsel” klubuna məğlub olan (0:3) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sportarena.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi…
 
- Risk edəcəyimizi demişdim. Böyükhesablı nəticə gözləyirdim. Amma hər bir halda fikrim komandanın oyun sistemini tam dəyişməkdi. Azərbaycan futbolunda başqa bir addım atmaq istəyirik. Daha hücumameyilli, aktiv, aqressiv, meydanın rəqibə aid tərəfində futbol oynamağı düşünürük. Futbolçularımdan çox razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə bir qədər fərqli oldu. 2-ci qoldan sonra hesabı fikirləşmirdim. İstəyirdim ki, digər oyunçular da ab-havanı hiss etsin. Saysız-hesabzsız qol imkanımız oldu. Rəqib isə əlinə düşənlərdən faydalandı. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Belə köklü komandaların Bakıya gəlməsi futbolumuz üçün müsbət haldır.
 
- Vadjinin əllə qol vurmasından sonra verdiyiniz qərarla bağlı danışardız....
- İndidən sonra bu sualı cavablandırmaq mənim üçün ən çətin məqamlardan biri olacaq. Bura gələnə kimi nə qədər soruşulub, bundan sonra da çox müzakirə olunacaq. Amma bu qədər çox müzakirə edilməsini istəmərəm. İnanmıram, azarkeşlər buna görə məndən küssün. Əsl azərbaycanlı kimi qərar vermək istədim. Futbolçunu yanıma çağırıb, soruşdum ki, top əlinəmi dəydi, yoxsa əllə oynadın? O da dedi ki, əllə vurdum. Ədalətli qərar verməkdə heç bir çətinlik yoxdu. Çox sərbəst qərar verdim. Sırf ədalətli və əsl azərbaycanlı kimi qərar verdim. Hər dəfə bu suallara cavab verməyi istəmərəm. Bura aid olan hadisə idi və qərarımı verdim.


Digər xəbərlər

Xəbər xətti