AFFA-dan Qurban Qurbanov paylaşımı

01:14 25 Fevral 2022

AFFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasında "Marsel"ə qarşı keçirilən oyunda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirərək feyr-pley nümunəsi göstərməsiylə bağlı paylaşım edib.

Sportarena.az xəbər verir ki, assosiasiyanın feysbuk hesabında Qurbanovun nümunəvi davranışı haqda edilən paylaşımda hadisənin təfərrüatları qeyd olunub:

"Avropa Konfrans Liqasının bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Marsel" oyununda top Ağdam təmsilçisinin üzvü İbrahima Vadjinin əlinə toxunaraq qapıdan keçib və hakim qolu qeydə alıb.

Lakin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın üzvləri ilə qısa dialoqdan sonra baş hakimə bildirib ki, top qapıdan əl ilə keçirilib. Bundan sonra referi qol qərarını ləğv edib".


Xəbər xətti