Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” Praqada “Slaviya”nın qonağı olub. İstanbulda keçirilən ilk qarşılaşmada Çexiya təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab matçında da oxşar nəticə qeydə alınıb. Nəticədə, “Fənərbaxça” avrokuboklarla vidalaşıb.
İngiltərənin “Lester Siti” klubu isə səfərdə “Randers”lə üz-üzə gəlib. İlk oyunda qazanılan böyükhesablı qələbə sayəsində britaniyalıların meydana daha rahat çıxacağını söyləmək olardı. Cavab görüşündə də qalib gələn lesterlilər sürprizə imkan verməyiblər.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunları
24 fevral
Qarabağ (Azərbaycan) – Olimpik (Marsel, Fransa) 0:3
Qol: Qol: Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.L.Fuente, 90+2.
İlk oyun – 1:3
Bodo Qlimt (Norveç) – Seltik (Şotlandiya) 2:0
Qol: Solbakken, 9. Vetlesen, 69.
İlk oyun – 3:1
Partizan (Serbiya) – Sparta (Praqa, Çexiya) 2:1
Qol: R.Qomes, 7; 24 – Hlojek, 85.
İlk oyun – 1:0
Randers (Danimarka) – Lester Siti (İngiltərə) 1:3
Qol: Odey, 84 – Barnes, 2. Maddison, 70; 74.
İlk oyun – 1:4
Makkabi (Tel-Əviv, İsrail) – PSV (Niderland) 1:1
Qol: Saborit, 90+1 – Veressen, 85.
İlk oyun – 0:1
Slaviya (Praqa, Çexiya) – Fənərbaxça (Türkiyə) 3:2
Qol: Ştrans, 19. Sor, 27; 63 – M.Yandaş, 39. Berişa, 90.
İlk oyun – 3:2
PAOK (Yunanıstan) – Midtyulland (Danimarka) 2:1 (penaltilər 5:3)
Qol: Jivkoviç, 20. Vyeyrinya, 26 – Höq, 80.
İlk oyun – 0:1
Vitess (Niderland) – Rapid (Vyana, Avstriya) 2:0
Qol: Qrbiç, 3. Bero, 19.
İlk oyun – 1:2