futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Əsas diqqətlər “Dieqo Armando Maradona” stadionunda keçirilən “Napoli” – “Barselona” matçına yönəlib. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Məhsuldar keçən cavab görüşündə isə Kataloniya təmsilçisi inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.
Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su isə “Sevilya”ya ilk oyundakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma Xorvatiya təmsilçisinin minimal hesablı qələbəsi mərhələ adlamaq üçün yetərli olmayıb.
Avropa Liqası
1/16 finalın cavab oyunları
24 fevral
Dinamo (Zaqreb, Xorvatiya) – Sevilya (İspaniya) 1:0
Qol: Orşiç, 65-pen.
İlk oyun – 1:3
Latsio (İtaliya) – Portu (Portuqaliya) 2:2
Qol: İmmobile, 19. Kataldi, 90+5 – Taremi, 31. Uribe, 68.
İlk oyun – 1:2
Real Sosyedad (İspaniya) – Leypsiq (Almaniya) 1:3
Qol: Zubimendi, 67 – Orban, 39. A.Silva, 59. Forsberq, 89-pen.
İlk oyun – 2:2
Olimpiakos (Yunanıstan) – Atalanta (İtaliya) 0:3
Qol: Mehle, 40. Malinovski, 67; 69.
İlk oyun – 1:2
Napoli (İtaliya) – Barselona (İspaniya) 2:4
Qol: İnsinye, 23-pen. Politano, 87 – Alba, 8. De Yonq, 13. Pike, 45. Obameyanq, 59.
İlk oyun – 1:1
Betis (İspaniya) – Zenit (Rusiya) 0:0
İlk oyun – 3:2
Braqa (Portuqaliya) – Şerif (Moldova) 2:0 (penaltilər 3:2)
Qol: Medeyros, 17. Horta, 43.
İlk oyun – 0:2
Reyncers (Şotlandiya) – Borussiya (Dortmund, Almaniya) 2:2
Qol: Tavernye, 22-pen; 57 – Bellingem, 31. Malen, 42.
İlk oyun – 4:2